İraqda 38 İŞİD döyüşçüsü məhv edilib

İraqda 38 İŞİD döyüşçüsü məhv edilib

İraq ordusu beynəlxalq koalisiya qüvvələri ilə birgə ölkənin qərb hissəsində əməliyyat keçirib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat çərçivəsində İŞİD-in 38 döyüşçüsü məhv edilib.

 

Fəllucə şəhərində 13, əl-Bağdadi şəhərində isə 25 terrorçu öldürülüb. Onların arasında İŞİD-in Fəllucədəki komandiri Naim əl-Şaha da olub.


Xəbər 476 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR