İraq və Küveyt neft hasilatının hazırkı kvotalarının "dondurulmasını" dəstəkləməyə hazırdırlar.
Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, neft hasilatının həcminə görə OPEK-də ikinci yeri tutan İraq neft hasilatının həcmini yanvar ayı səviyyəsində "dondurulmasını" dəstəkləməyə hazırdır. Hasilat həcminə görə (sutkada 3 mln barel) OPEK-də üçüncü yerdə olan Küveyt də hasilat həcmlərinin "dondurulması" təşəbbüsünü dəstəkləməyə hazırdır.
Qeyd edək ki, ötən gün Qətərin paytaxtı Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın energetika nazirləri, digər istehsalçıların təşəbbüsə qoşulacağı təqdirdə, 2016-cı ildə neft hasilatı həcminin, orta hesabla, yanvar ayı səviyyəsində dondurulmasına dair ilkin razılığa gəliblər.
Fevralın 17-də Venesuelanın neft naziri Neft hasilatının dondurulması təklifini İran və İraqın neft nazirləri ilə müzakirə edəcək.