İraq ordusu İŞİD-in nəzarəti altında olan ərazilərin təxminən yarısını azad edib.
Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu İraq hökuməti yanında məlumat mərkəzinin rəhbəri Saad əl Hədisi bildirib.
“Əsgərlərimiz 2014-cü ilin yayından etibarən İŞİD-in nəzarəti altında olan ərazilərin 48 faizini azad ediblər. Ramadi şəhərinin azad edilməsi İraqərazilərinin azad olunmasını sürətləndirəcək strateji qələbədir”, - deyə o vurğulayıb.
Xatırladaq ki, dünən İraqın baş naziri Heydər əl Abadi 2016-cı ilin İŞİD üzərində böyük qələbə ili olacağını bəyan edib.