​İraq Müdafiə Nazirliyindən İŞİD Açıqlaması

​İraq Müdafiə Nazirliyindən İŞİD  Açıqlaması

İŞİD terrorçu qruplaşmasında "ikinci adam" sayılan Əbu Əla əl-Afri məhv edilib. Bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.
Xəbərdə əsl adının Əbdül Rəhman Mustafa Məhəmməd olan terrorçunun koalisiya qüvvələrinin hava hücumu zamanı Telaferdə məscidin içərisində hədəfə alınaraq öldürüldüyü bildirilir. Məlumatda həmçinin onunla birlikdə onlarla terrorçunun da zərərsizləşdirildiyi qeyd olunub.
Qeyd edək ki, türkmən əsilli Əbu Əla əl-Afri özünü xilafət elan etmiş "İslam Dövləti"nin Ərəbistan yarımadası vilayəti üzrə ali hakimi sayılırdı. Hətta onun İŞİD lideri Əbubəkir əl Bağdadinin yaralanmasından sonra terror təşkilatına müvəqqəti olaraq rəhbərlik etdiyi də bildirilir. İŞİD hələlik Əbu Əla əl-Afrinin öldürüldüğü iddialarını təsdiqləməyib.(Report)

Aktual.az

Xəbər 578 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR