ABŞ Müdafiə Nazirliyi İraq ordusunun ilk dəfə F-16 döyüş təyyarələri ilə İŞİD-ə qarşı əməliyyat keçirdiyini açıqlayıb.
Aktual.az axar.az-a istinadən xəbər verir ki, Pentaqon sözçüsü Peter Kuk verdiyi açıqlamada 4 ədəd reaktivin əməliyyatlarda iştirak etdiyini açıqlayıb.
Xatırladaq ki, İraq döyüş təyyarələrini ABŞ-dan alıb. Sözügdən reaktivlər 13 iyulda Bağdada gətirilib. Razılaşma çərçivəsində 36 ədəd F-16-nin İraqa təhvil veriləcəyi gözlənilir.