"İraq hökuməti tam tərkibdə istefa verməyə hazırdır".
Aktual.az report-a istinadən bildirir ki, bu barədə İraq Nazirlər Kabinetinin xüsusi bəyanatında deyilir.
"İraq hökuməti məsuliyyətini dərk edərək, lazımi vaxtda istefa verməyə hazırdır ", - kabinetin bəyanatında vurğulanıb.
Ehtimal edilir ki, bu, ölkədə baş nazir Heydər əl-Abadinin aparmaq istədiyi islahatlar prosesini dəstəkləmək cəhddir.
Ötən gün İraqın baş naziri genişmiqyaslı islahat aparmaq üçün dövlət komissiyasına müraciət edərək, onlardan nazir vəzifələrinə yeni namizədlər təklif etməsini istəyib.