Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İranla yeraltı qaz anbarlarının doldurulması üçün texniki qazın alışı ilə bağlı danışıqlar aparır.
Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, bundan əvvəl belə danışıqlar "Qazprom"la aparılıb: "Lakin Rusiya şirkətinin şərtləri SOCAR-ı qane etmir".