İranla danışıqlar vaxt itkisindir - Bolton

İranla danışıqlar vaxt itkisindir - Bolton
  • DÜNYA

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Vaşinqton və Tehran arasında planlaşdırılan görüşləri sərt tənqid edib və danışıqlardan nəticə çıxacağına inanmadığını bildirib.
Aktual.az xəbər verir ki, o, bu barədə "Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
"İranla aparılan diplomatik proses real nəticə vəd etmir. İranla ABŞ arasında razılığa yer yoxdur və bu, tamamilə proqnozlaşdırıla bilən idi. Trampın nə qərar verəcəyini bilmirəm, amma düşünmürəm ki, bu danışıqlardan bir nəticə alınacaq. Bu, sadəcə vaxt itkisidir”, – Bolton vurğulayıb.
O əlavə edib ki, görüşlərin harada keçirilməsindən asılı olmayaraq – istər Omanda, istər Türkiyədə, istərsə də yaxın aylarda başqa platformalarda – konkret nəticə əldə olunacağına inanmır.
Qeyd edək ki, ABŞ-İran danışıqları bu gün Omanda keçiriləcək.
Xəbər 60 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR