İran Zəngəzur dəhlizinin reallaşacağından çox qorxur. Niyə? Birincisi, ona görə ki, Ermənistanla sərhədi itirəcək. İkincisi, Türkiyənin bölgədəki təsiri artacaq. Ankara faktoru Tehranı qorxudan əsas amillərdəndir. İran qorxur ki, 3-4 km-lik (eni) bu dəhlizə təsir edən məhz Türkiyə olacaq.
Aktual.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Lana Rəvandi Fədai deyib.
"Hazırda Zəngəzur dəhlizi Azərbaycanla İran arasında aparılan danışıqlarda o qədər də xoş mövzu deyil. İran çox sərt ritorika ilə çıxış edir, lakin Tehranın hər hansı bir münaqişəyə gedəcəyini düşünmürəm.
İranla Rusiyanın ümumi məqsədləri və vəzifələri var, eyni zamanda rəqabət də var. İran rəhbərliyi indi Rusiyanı strateji tərəfdaş kimi görmək istəsə də, bu, iki səbəbə görə alınmayacaq. Birincisi, hər bir ölkə öz maraqlarını güdür və maraqlar çox vaxt üst-üstə düşmür. İkincisi, hər zaman hansısa ölkədən bizim münasibətlərimizə təzyiqlər olur. Çoxlu sayda misal göstərmək olar. Qor-Çernomirdini götürək, o zaman amerikalılar bizə təzyiq etdilər və biz bundan imtina etdik. Biz S-300 satanda Netanyahu Rusiyaya gəldi, Gürcüstana silah verməyəcəyinə söz verdi və eyni zamanda Obama ÜTT (üzvlük) vəd etdi. Biz məqsədlərimizi həyata keçiririk, ona görə də strateji tərəfdaşlığa çatmayacağıq”, - o bildirib.
Xəbər 1091 dəfə oxunub.