İranın səhiyyə naziri Azərbaycana səfər edəcək

İranın səhiyyə naziri Azərbaycana səfər edəcək

İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşimi yaxın vaxtlarda Bakıya səfər edəcək. Səfər zamanı Azərbaycanla İran arasında səhiyyə sahəsində mühüm saziş imzalanacaq.
 
Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini Məhəmmədhadi Əyazi deyib.
 
M. Əyazi bildirib ki, səfər çərçivəsində sənəd tibb və səhiyyə sahəsində əməkdaşlığın inkişafı naminə önəmli addımlar atılacaq. “İran və Azərbaycan səhiyyə və tibb sahəsində əməkdaşlıq üçün geniş potensiala malikdir. Düşünürəm ki, cənab Haşiminin Bakıya səfəri zamanı səhiyyə sahəsində investisiya və müalicə turizminin inkişafı ilə bağlı müzakirələr aparılacaq”.
 
M. Əyazi deyib ki, İranda müalicə məqsədli turizmin inkişafı üçün infrastruktur mövcuddur: “Bu sahədə işlər görülsə də, hələlik istənilən nəticə əldə olunmayıb. İrana hazırda qonşu ölkələrdən  ağır xəstəliklərin müalicəsi üçün müraciətlər olur. Hazırda bu sahə ilə özəl sektor məşğul olur. Müalicə turizminin inkişafında özəl sektorun fəaliyyət göstərməsini dəstəkləyirik”. (apa)
Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR