İranın parçalanmasının qarşısını almaq üçün... - Pəhləvi

İranın parçalanmasının qarşısını almaq üçün... - Pəhləvi
  • DÜNYA

Ölkədə istənilən dəyişiklik xalqın öz əli ilə baş verməlidir və hər hansı bir xarici hərbi müdaxiləyə ehtiyac yoxdur.
Aktual.az xəbər verir ki, bunu İranın keçmiş şahının oğlu Rza Pəhləvi "Voll Strit Jurnal”a müsahibəsində deyib.
Pəhləvi İran xalqının tələbi ilə proseslərə qoşulduğunu iddia edib və onların xahişi ilə keçid dövrünə rəhbərlik etmək üçün irəli çıxdığını bildirib.
O, əsas hədəflərinin arasında ölkənin parçalanmasının qarşısının alınmasının olduğuna diqqət çəkib:
"Bu yolun əsas məqsədi İranın ərazi bütövlüyünü qorumaq, dini dövlətdən ayırmaq və fərdi azadlıqları təmin etməkdir. Bu da nəticədə İran xalqının ölkənin siyasi sisteminin gələcək formasını özünün müəyyən edə bilməsinə səbəb ola bilər".
Qeyd edək ki, iqtisadi vəziyyətə görə İranda aksiyalar başlayandan sonra ölkənin keçmiş şahının oğlu siyasi baxımdan aktivləşib.
Xəbər 125 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR