Bu gün iki İran dronunun Naxçıvana zərbə endirməsi tamamilə qəbuledilməzdir.
Aktual.az xəbər verir ki, bunu Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld X hesabında yazıb.
"Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda Azərbaycanla və zərər çəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir", - deyə səfir vurğulayıb.
Xəbər 410 dəfə oxunub.