"Təəssüf ki, biz uzun müddətdir ki, Cənubi Qafqaz regionunda İran mədəni irsinin təhrif və məhv edilməsi cəhdlərinin şahidi oluruq”.
Aktual.az erməni mediasına istinadən xəbər verir ki, İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri dekabrın 22-də "Cənubi Qafqazda İranın mədəni irsi” forumunda belə bir cümlə işlədib.
Onun sözlərinə görə, İranın Cənubi Qafqaz regionunda mədəni və tarixi irsinin müəyyən hissəsi artıq qalmayıb. Diplomat bunun həm maddi, həm də qeyri-maddi irsə aid olduğunu vurğulayıb.
Bununla bağlı səfir müvafiq addımların atılmasını zəruri hesab edib. Mədəni irsin inkarı və məhv edilməsi, onun fikrincə, "təhlükəli siyasi məqsədlərlə müşayiət oluna bilər”.
Səfir erməni və İran xalqları arasında zəngin tarixi və mədəni əlaqələri xüsusi vurğulayıb.
Ermənipərəst və fars şovinist mövqeyi ilə seçilən Abbas Bədəxşan Zohuri bu sözləri Qarabağ və ətraf bölgələri viran qoyan, məscidləri donuz pəyəsinə çevirən erməni dostlarına şamil etmədiyi gün kimi aydındır.
Xəbər 294 dəfə oxunub.