İranın Ermənistana ticari dəstəyi kəskin artdı

İranın Ermənistana ticari dəstəyi kəskin artdı

Ermənistan və İran arasında ticarət dövriyyəsi 2021-ci ildəki 503,5 milyon dollara qarşı 2022-ci ildə təxminən 711 milyon dollar təşkil edib. Artım təxminən 42% təşkil edib.
Aktual.az xəbər verir ki, bu barədə "Ermənistan hökumətinin 2022-ci il üçün proqramının (2021-2026-cı illər) icrasının gedişi və nəticələri haqqında” hesabatında deyilir.
"Ermənistanla Gürcüstan arasında ticarət dövriyyəsi isə təxminən 879 milyon dollar təşkil edib. 2021-ci ildə bu rəqəm 422 milyon dollar idi. Eyni zamanda, Ermənistanla Çin arasında ticarət dövriyyəsi əvvəlki ildəki 1,3 milyard dollara nisbətdə təxminən 1,8 milyard dollar təşkil edib. Artım 39,4% təşkil edib”, - hesabatda qeyd olunub.
Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR