İranda sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncaninin oğlu Mehdi Rəfsəncani haqda məhkəmə hökm çıxarıb. Musavat. com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, eks-prezidentin oğlu rüşvətxorluqda, dövlət vəsaitlərinin mənimsənilməsində, dələduzluqda və dövlət təhlükəsizliyini pozmaqda suçlu bilinırək 10 il azadlıqdan məhrum edilib.
Mehdi Rəfsəncani 2012-ci ildə həbs edilmiş, lakin 3 aylıq həbs müddətində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən dindirildikdən sonra azadlığa buraxılmışdı. Lakin o vaxtdan təhqiqat dayanmamışdı. Ötən ilin avqustunda isə onun işinə İran İnqilab Məhkəməsi baxmağa başlayıb.
Dinləmələr qapalı rejimdə aparılıb.
Aktual.az