İranın Xuzestan vilayətində yerli vaxtla saat 00:14-də Rixter şkalası üzrə 4 bal gücündə zəlzələ baş verib.
Aktua.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İrna agentliyi məlumat yayıb.
Zəlzələnin ocağı yerin 9 km dərinliyində yerləşib.
İlkin məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı olmayıb.