İran fevralın ortalarında Avropa İttifaqına (Aİ) neft ixrac etməyə hazırlaşır.
Aktual.az AzərTac-a istinadən xəbər verir ki, “Bloomberght.com” saytının məlumatına görə, İranın dövlət neft şirkəti “National Iranian Oil” gələn ay Avropa bazarına ən azı 1 milyon barrel neft ixrac etməyi planlaşdırır. Bu, qərb ölkələrinin ötən həftə İrana qarşı sanksiyaları ləğv etməsindən sonra bu ölkənin Aİ-yə ixrac etdiyi ilk neft olacaq.