İranı Vyana Konvensiyasına əməl etməyə çağırırıq

İranı Vyana Konvensiyasına əməl etməyə çağırırıq

Son 2 ildə Azərbaycan səfirliklərinə 5 hücum olub.
Aktual.az xəbər verir ki, bunu Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Tvitter səhifəsində yazıb.
"Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın olub. Bir təhlükəsizlik əməkdaşı həlak olub, ikisi yaralanıb. Son 2 il ərzində Azərbaycanın diplomatik nümayəndəliklərinə 5 hücum olub. Biz diplomatik nümayəndəliklərə edilən istənilən hücumu qətiyyətlə pisləyirik və İranı Vyana Konvensiyasına əməl etməyə çağırırıq”, - o bildirib.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Xəbər 179 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR