İrandan Xəzəryanı dövlətlərə gözlənilməz TƏKLİF

İrandan Xəzəryanı dövlətlərə gözlənilməz   TƏKLİF

"Xəzər dənizində stabillik və təhlükəsizlik region ölkələri üçün fundamental əhəmiyyət kəsb edir. Su hövzəsindən ancaq sülh məqsədləri ilə istifadə edilməsi məqsədinə sadiq olmalıyıq".

Aktual.az  APA-ya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib. O bildirib ki, danışıqlarda müşahidə olunan ümumi qarşılıqlı anlaşma atmosferi nəticələrlə bağlı daha çox optimizm vəd edir. Nazir ətraf mühitin qorunmasının vacibliyini də vurğulayıb və dövlətləri bioloji resurslardan qeyri-rasional istifadə etməkdən çəkinməyə çağırıb.
 
M. C. Zərif Xəzəryanı dövlətləri daimi regional orqan yaratmağa çağırıb: "Onun tərkibi, vəzifələri və səlahiyyətləri Xəzəryanı dövlətlər arasında birgə məshələtləşmələr yolu ilə müəyyən edilə bilər".

Xəbər 524 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR