İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif regionda sülhə nail olmaq üçün Səudiyyə Ərəbistanını birgə fəaliyyətə çağırıb.
Aktual.az Trend-ə istinadən bildirir ki, Münhen Təhlükəsizlik Konfransında çıxış edən Zərif deyib ki, İranla Səudiyyə Ərəbistanının Suriyada maraqları ortaqdır.
Çıxışı zamanı iki ölkənin birgə fəaliyyətinin vacibliyini qeyd edərək, nazir deyib ki, İran birgə işə hazırdır.