İrandan neftlə bağlı gözlənilməz qərar

İrandan neftlə bağlı gözlənilməz qərar

"İran neft hasilatını dondurmağa razılaşır".

Aktual.az  anspress-ə istinadən bildirir ki, bu barədə İranın Press TV telekanalına ölkənin milli neft şirkəti NIOC-un nümayəndəsi deyib.

"Biz itirdiyimiz bazarları qaytarana qədər neft hasilatını artırmağa davam edəcəyik"

Qurumun beynəlxalq əlaqələr üzrə direktoru Mohsen Kamsari deyib ki, İran artıq neft hasilatını arzuladığı səviyyə çatdırıb. "Bu məsələ ilə bağlı qəti qərarı neft naziri Bican Namdar Zənqane verə bilər".

Bundan əvvəl İran sanksiyalar götürüldükdən sonra hasilatı 4 milyon barelə çatdırmağı planlaşdırdığını açıqlamışdı. Hazırda OPEC-in hesablamalarına görə, İran gündə 4,2 milyon barel neft hasil edir. 

İran OPEC-in aprel ayında keçirdiyi Doha görüşündən sonra neft hasilatını daha da artıracağı barədə açıqlama vermişdi. Həmin vaxt neft naziri Bican Namdar Zənqane bildirmişdi ki, sanksiyaların ləğvindən sonra rəsmi Tehran günlük neft hasilatını 1 milyon barelə qədər artırıb. "Biz itirdiyimiz bazarları qaytarana qədər neft hasilatını artırmağa davam edəcəyik. Amma rəsmi Tehran bazarın sabitləşməsi üçün istənilən planı dəstəkləyir".  

Aprelin 17-də Qətərin paytaxtı Doha şəhərində OPEC-in iclası keçirilib. İclasda təşkilata daxil olan dövlətlərlə yanaşı, olmayanlar da iştirak edib. Görüşün məqsədi neftin hasilatını 2016-cı ilin yanvar ayı səviyyəsində saxlanılması barədə qərar qəbul etmək idi.

Lakin Səudiyyə Ərəbistanının İran ilə ziddiyyətli münasibətləri neftin hasilatının "dondurulmasına" imkan vermədi. 

Doha görüşü Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Qətərin təşəbbüsü ilə keçirilib. Bundan başqa, görüşdə Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri kimi iri neft istehsalçıları ilə yanaşı Azərbaycan və Qazaxıstan da iştirak edib. Azərbaycanı bu toplantıda energetika naziri Natiq Əliyev təmsil edib.  O, Azərbaycanın neft hasilatının dondurulmasına razı olduğunu bildirib.

Xəbər 552 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR