İrandan Azərbaycana narkotik maddə gətirmək istədilər

İrandan Azərbaycana narkotik maddə gətirmək istədilər

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriy­yəsinin və qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliy­yətlərini uğurla davam etdirirlər. 

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən   bildirilib ki, Cəlilabad rayonunun Məlikqasımlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində qabaq­layıcı əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kq 800 qram narkotik maddə olan tiryəki İrandan Azərbaycana gətirmək istəyərkən İran vətəndaşı Hidayi Səid Səxavət yaxalanıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucusu ilə cinayət əla­qə­sin­də olan Cəlilabad rayon sakini Niftullayev Əhəd Ədalət oğlu narkotik mad­dəni ondan qəbul edərkən saxla­nılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Xəbər 280 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR