İrandan Azərbaycana metadon keçirtmək istəyən şəxs tutuldu

İrandan Azərbaycana metadon keçirtmək istəyən şəxs tutuldu

DGK məlumat yaydı.

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı İsmayıl  Əlizadənin üzərində şəxsi yoxlama zamanı onun şalvarının cibində 41 ədəd metadon adlı həb, çantasının cibində isə 200 ml metadon məhlulu aşkar olunub.

Aktual.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi xəbərə görə, “Metadone” adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. 

Bu 41 ədəd həbdə metadonun təsiredici maddəsinin xalis çəkisi 0.82 qram, 200 ml məhlulda isə metadonun təsiredici maddəsinin ümumi çəkisi 0.2 qram təşkil edir.

Xəbər 485 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR