İrandan ABŞ-a sanksiya

İrandan ABŞ-a sanksiya

Rəsmi Tehran Amerika Birləşmiş Ştatlarından (ABŞ) avtomobil idxalına qadağa qoyub.

Aktual.az anspress-ə istinadən bildirir ki, bu barədə İran İslam respublikasının Sənaye, Mədən və Ticarət Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilib ki, qadağa Amerika istehsalı olan bütün avtomobilləri əhatə edir.

Nazirlik bu bəyanatı İranın ali dini lideri Əli Xamneyinin ABŞ istehsalı olan məişət mallarının ölkəyə gətirilməsini tənqid edən çxışından sonra yayıb. Ayətullah Əli Xamneyi ötən həftə, iflasa üz tutmuş Amerika fabriklərinin istehsal etdiyi avtomobilləri almağa ehtiyac olmadığını bildirmişdi.

"Amerika avtomobillərinin İrana gətirilməsinə ehtiyac yoxdur. Amerikalılar yanacaq sərfiyyatı çox olduğu üçün və ağır olduğu üçün öz istehsal etdikləri avtomobillərdən istifadə etmirlər. İndi bizim iflasa üz tutmuş filan Amerika şirkətindən avtomobil almağımızın heç bir mənası yoxdur", - deyə ali dini lider bəyan edib.

Bu qərarın, başda Amerikanın "Chevrolet" şirkəti olmaqla İrandan sifariş alan bir çox avtomobil markasına təsir edəcəyi gözlənilir.

Bir müddət əvvəl ABŞ Ali Məhkəməsi müxtəlif terror hadisələrində dünyasını dəyişənlərin ailələrinə ödənilməsi üçün ötən ay İranın ABŞ banklarında olan təxminən 2 milyard dollar məbləğində vəsaitini müsadirə etmiş, baş verənlər iki ölkə arasında gərginliyə səbəb olmuşdu.

Baş verənlərə münasibət bildirən İran prezidenti Həsən Ruhani ABŞ-ı oğru adlandırmışdı.

Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR