"İrandakı iğtişaşları ABŞ və İsrail planlayıb" - Xamenei


İranın dini rəhbəri ayətullah Əli Xamenei ölkədəki iğtişaşlara görə, ABŞ və İsraili günahlandırıb.
 
Aktual.az bildirir ki, o, 17 sentyabrdan bəri baş verənlərin "adi iranlılar” deyil, "sionist qüvvələr” tərəfindən planlaşdırıldığını iddia edib.
 
Xamenei dövlət mediasına açıqlamasında 22 yaşlı Məhsa Əmininin ölümünün onu dərindən sarsıtdığını deyib və baş verənləri "kədərli hadisə” kimi qiymətləndirib.
 
"Baş verənlər planlı edilib. Bəzi insanlar küçələrdə güvənsizliyə səbəb olub”.
 
Polisə dəstək verdiyini deyən Xamenei, "İrandakı nümayişləri ABŞ və İsrail planlayıb" deyə vurğulayıb.
 



Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR