İranın neft naziri Bijan Zanqane ilk dəfə öz müavini və İran dövlət neft-kimya şirkəti "National Petrochemical Company"nin (NPC) icraçı direktoru vəzifəsinə qadın təyin edib.
Aktual.az Aznews.az-a istinadən xəbər verir ki, Shana agentliyinin yaydığı məlumata görə, bu vəzifəyə təyin olunan ilk qadın Marziye Şahdaeydir (Marziyeh Shahdaei).
Qeyd edək ki, Marziye daha öncə layihələr üzrə direktor vəzifəsində çalışıb.