İranın cənubunda Şiraz şəhərində supermarketin binasında baş verən güclü partlayış nəticəsində azı 35 nəfər yaralanıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda DPA agentliyi xəbər verir.
Məlumata görə, insanların sıx olduğu bulvarda yerləşən tikili, partlayış nəticəsində tamamilə məhv edilib. Xəsarət alanlardan 16 nəfərin vəziyyəti ağırdır. Onlar bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, partlayış nəticəsində mağazanın binasından başqa yaxınlıqda olan bank və yaşayış evlərinə də ziyan dəyib.
******
İranın Şiraz şəhərində güclü partlayış baş verib.
Aktual.az Trend-ə istinadən bildirir ki, bu haqda İran mətbuatı xəbər verir.
İlkin məlumata görə, partlayış nəticəsində azı 15 nəfər yaralanıb. Partlayış yerli vaxtla saat 01.00-də ticarət mərkəzində baş verib. Partlayış dalğası qonşu mağazaların şüşələrini sındırıb.
Partlayışın səbəbləri hələ məlum deyil.
Aktual.az
Xəbər 378 dəfə oxunub.