İran parlamenti narkotik alverçilərinin edam hökmünün uzun müddət azadlıqdan məhrum olma cəzası ilə əvəzlənməsinə dair qanun layihəsini təsdiq edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə iran televiziyası məlumat yayıb.
Qanunvericilər edam hökmünü 30 il müddətinə azadlıqdan məhrum etməklə əvəz edəcəklər. Ən sərt cəza qrup tərkibində fəaliyyət göstərən, eləcə də saxlanılan zaman üzərində odlu və soyuq silah olan şəxslərə qarşı tətbiq ediləcək.
Bu qanun layihəsi İranda narkotik alverçilərinə qarşı edam cəzasının ləğv edilməsinə dair kampaniya başlanıldıqdan sonra qəbul edilib. Liberal mətbuat qeyd edib ki, İran qanunlarının sərtliyi narkotik dövriyyəsi ilə əlaqədar cinayətlərin sayının azalmasına təsir etmir.
Qanunun qüvvəyə minməsi üçün onun İran İslam Respublikasının Müşahidə şurası tərəfindən təsdiq edilməsi tələb edilir. Bu orqanın tərkibinə 12 nüfuzlu şiyə nümayəndəsi daxildir, onlar qəbul edilən qanunların şəriət normalarına uyğun olmasına nəzarət edirlər.
Aktual.az
Xəbər 504 dəfə oxunub.