İranda Məhərrəm ayı münasibəti ilə keçirilən mərasimə naməlum şəxslər hücum edib.
Aktual.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Frans Press” agentliyi yayıb. Hücum İranın cənub-qərbində Dizful şəhərində baş verib. Hadisə nəticəsində 3 dinc sakinin həlak olduğu bildirilir. Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanının Sayxat şəhərində də şiələrə hücum olmuşdu. Hücum nəticəsində beş nəfər qətlə yetirilmişdi.