İranda etirazlar davam edir - Fotolar

İranda etirazlar davam edir   - Fotolar
  • DÜNYA

İranda azərbaycanlıların dövlət televiziyasında təhqir olunmasına qarşı etirazlar Təbriz Universitetində davam edir.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, noyabrın 10-da Təbriz Universitetinin yüzlərlə azərbaycanlı tələbəsi ali təhsil ocağının həyətində toplaşaraq ölkədə fars irqçılıyinə qarşı etirazlarını bildiriblər. “Haray-haray mən türkəm” və “Yaşasın Azərbaycan” şüarları səsləndirən tələbələr üzərində rassizm əleyhinə şüarlar yazılmış plakatlar qaldıraraq ölkədə Azərbaycan türklərinin vaxtaşırı dövlət televiziyasında təhqir olunmasını və bu cür halların bir daha təkrarlanmamasını tələb ediblər.

İnsidentsiz keçən aksiyaya hər hansı bir müdaxilənin edilməsi barədə məlumat yoxdur.

Qeyd edək ki, noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə açıq-aşkar təhqir edilib, alçaldılıb. Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan əyalətlərində yüz minlərlə əhali küçələrə axışaraq fars irqçılıyinə qarşı etiraz aksiyası və yürüşlər keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı tutulub, bir neçə nəfər bədən xəsarəti alıb.

Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR