İranda azyaşlıya türk adına görə şəhadətnamə verilmədi

İranda azyaşlıya türk adına görə şəhadətnamə verilmədi
  • DÜNYA

İranın Qeydiyyat İdarəsi Təbrizdə uşağa qoyulan Volkan adına görə ona doğum haqqında şəhadətnamə verməyib.
Aktual.az xəbər verir ki, bu barədə uşağın atası Rəhman Azərmey Rad məlumat verib.
Qeydiyyat İdarəsi Volkan adının İranın dini və mədəniyyəti ilə heç bir əlaqəsi olmadığı bəhanəsi ilə doğum şəhadətnaməsi verməkdən imtina edib.
Bildirilib ki, daha sonra azyaşlıya Alpay adı seçilib və 19 ay hüquqi mübarizədən sonra bu ada doğum haqqında şəhadətnamə almaq mükün olub.
Qeyd edək ki, İran hökuməti dəfələrlə türk adlarının təsdiq edilmiş rəsmi adlar siyahısında olmaması bəhanəsi ilə güneyli körpələrə doğum şəhadətnaməsi verilməsinə ciddi maneələr törədib.
Xəbər 161 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR