Dünən İranda azərbaycanlı yazar Elşən Böyükvənd parkda gəzərkən həbs edilib.
Yaxınları ondan heç bir xəbər ala bilmirlər.
Böyükvəndin harada saxlanması haqda məlumat verilmir.
Ötən gün eyni zamanda İranın Muğan əyalətində Elşəndən başqa, bir neçə milli fəal da həbs edilib. Onların sayının 20-ə yaxın olduğu deyilir.
Kimliyi bəlli olanlar aşağıdakılardır:
Nadir Əzizi (şair)
Elşən Böyükvənd (şair)
Vəhid Nəriman
Atabek Sepehri
Əli Əhmədi
Arman Musəvi
Ramin Əzizpur
Şəhram Ruh.
Xatırladaq ki, Azərbaycanlı fəallar bir neçə gün əvvəl İran televiziyasında türklərin təhqir edilməsinə etiraz olaraq yürüşlər keçiriblər. Bununla bağlı olaraq son günlər İranda gərginlik artıb.