Dekabrın 18-19-u İranda iki Azərbaycan-İran biznes-forumu keçiriləcək.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyib.
Bu gün Bakıda keçirilən "Azərbaycanın İranda investisiya imkanları" konfransında çıxış edən V.Zeynalov birinci biznes-forumun dekabrın 18-də Ərdəbildə, ikinci biznes-forumun isə dekabrın 19-da Təbrizdə keçiriləcəyini deyib.
Aktual.az
Xəbər 351 dəfə oxunub.