İranın cənub-şərqində yerləşən Kerman əyalətində Rixter şkalası üzrə 4,3 bal gücündə zəlzələ baş verib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, ölkənin Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 07:20-də baş verib.
Zəlzələ nəticəsində tələfat və dağıntı yoxdur.