İranda 400 min əcnəbi şagird təhsil alır

İranda 400 min əcnəbi şagird təhsil alır
  • DÜNYA

İran orta məktəblərində Əfqanıstan, İraq və digər ölkələrdən olan 400 min əcnəbi şagird təhsil alır.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan İranın təhsil naziri Əli Əsğər Fani deyib.

Ə.Ə.Faninin sözlərinə görə, ali lider Ayətullah Əli Xamneyi göstəriş verib ki, İranda olan Əfqanıstan vətəndaşlarının hamısı, hətta ölkədə qeyri-qanuni yaşayanlar və müvafiq sənədləri olmayanlar təhsillə təmin olunsun: “Bu göstərişdən sonra biz 2015-2016-cı tədris ili üçün ölkədə olan bütün Əfqanıstan vətəndaşlarının məktəblərə qəbulunu apardıq. Cari tədris ilində İran məktəblərində təhsil alan əfqan şagirdlərin sayı 48 min nəfər artıb”.

Qeyd edək ki, İranda yaşı 7-18 arası olan qeyri-qanuni və sənədləri olmayan Əfqanıstan vətəndaşları 2015-ci tədris ilindən bu ölkənin məktəblərində təhsil alma hüququ alıblar. Bundan əvvəl İran məktəblərində yalnız İranda yaşama, qalma icazəsi olan əfqanıstanlı şagirdlər təhsil ala bilərdi. 2014-cü ilədək İranda təhsil alan əfqan şagirdlər təhsil haqqı ödəmək məcburiyyətində idilər. 2014-cü ildə isə İran Təhsil Nazirliyi ölkədə təhsil alan əcnəbi şagirdlərdən təhsil haqqı alınmayacağını bəyan etdi.

İran rəsmilərinin məlumatına görə, bu ölkənin orta məktəblərində 320 min əfqan şagird, universitetlərində isə 13 min əfqan tələbə təhsil alır.

Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR