İranda 3 polis öldürüldü

İranda 3 polis öldürüldü
  • DÜNYA

Sentyabrın 12-i gecə saatlarında İranın Sistan və Bəlucistan vilayətinin Mircave şəhərində silahlı şəxslərin hücumu nəticəsində 3 polis həlak olub.
Aktual.az 
xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Öldürülənlərin Əmir İbrahimzadə, Parsa Suzəni və leytenant Əmin Naruyi olduqları bildirilib.
Hadisədən qısa müddət sonra etnik bəlucların silahlı təşkilatı olan "Ceyş əl-Ədl” bəyanat yayaraq hücumun məsuliyyətini öz üzərinə götürüb.
"Bu, yoxsul xalqa və xüsusilə məcburiyyətdən pərakəndə yanacaq alveri ilə məşğul olan şəxslərə qarşı hökumət məmurlarının qəddarlığına cavabdır”, - bəyanatda bildirilib.
Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR