İrana dair danışıqların növbəti raundu başlayacaq Vyanada

İrana dair danışıqların növbəti raundu başlayacaq  Vyanada

İranın nüvə proqramına dair danışıqlarının növbəti raundu bu gün Vyanada start götürəcək. 

Bu barədə “Tasnim” informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, bu gün İran və Aİ XİN rəhbərinin müavinləri Abbas Araqçi və Helqa Şmidt arasında görüş keçiriləcək. Tərəflərin gələcəkdə imzalanacaq hərtərəfli sazişin mətninə dair müzakirələr aparacağı bildirilir.  

Tərəflər əsas məsələlərdə kompromisin olduğunu, lakin hələ də müəyyən ziddiyyətlərin qaldığını bildirirlər.  

Qeyd edək ki, tərəflərin əldə etdiyi razılaşmaya əsasən, yekun sazişin hazırlanması iyunun 30-dək başa çatmalıdır.(APA)

Aktual.az

Xəbər 529 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR