İran İslam İnqilabının Mühafizəsi Korpusu üçün zabit hazırlayan İmam Hüseyn Universitetinin rəisi Murtəza Səfəri təhsil ocağından 100 nəfər hərbi məsləhətçinin İraq və Suriyaya göndərildiyini deyib.
Aktual.az modern.az-a istinadən bildirir ki, hərbi məsləhətçilər 3 ay müddətində Əsəd və İraq hökumət ordusuna yardım edəcəklər.
Bundan əvvəl, İran Suriyadakı hərbi məsləhətçilərinin sayını kəskin artıracağını bəyan etmişdi.