İran XİN: Qalibafın Azərbaycana səfəri tezliklə baş tutacaq

İran XİN: Qalibafın Azərbaycana səfəri tezliklə baş tutacaq

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Azərbaycana səfəri İran və Azərbaycan arasında yaxşı, yaxın və inkişaf edən əlaqələr çərçivəsində baş tutur.
Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani deyib.
XİN sözçüsü bildirib ki, artıq səfərin təşkili və səfərin qrafiki müəyyən edilib.
"Səfər tezliklə həyata keçiriləcək. Ümid edirik ki, bu səfər parlament sahəsində də əməkdaşlığın artırılmasına zəmin yaradacaq”, - Nasir Kənani qeyd edib.
XİN rəsmisi vurğulayıb ki, İran İslam Respublikası hökumətinin bütün qonşularına münasibətdə əməli yanaşması qarşılıqlı hörmət əsasında münasibətləri dərinləşdirməkdən ibarətdir.


Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR