İran 58 ölkənin vətəndaşları üçün viza müddətini 30 günədək uzadıb.
Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu ölkələr arasında Azərbaycan da var. Müvafiq qərar vizanı aeroportdan alan xarici turistlərə aiddir. Qeyd edək ki, əvvəllər turistlər İrana 14 günlük viza ala bilirdilərsə, bundan sonra daha 15 gün artıra bilərlər.
Dəyişiklik diplomatik pasportlara malik şəxslərə, biznesmenlərə və jurnalistlərə aid deyil. Həmçinin qeyd olunur ki, xarici turistlər İrana il ərzində bir neçə dəfə səfər edə bilər.
Onu da bildirək ki, İrana səfər etmək istəyən ABŞ, Somali, Böyük Britaniya, Kanada, Banqladeş, İordaniya, İraq, Əfqanıstan və Pakistan vətəndaşları aeroportda viza əldə edə bilməzlər. Onlar bunun üçün ölkələrindəki İran konsulluqlarına müraciət etməlidirlər.
İran hökumətinin yeni viza proqramının turizmi inkişaf etdirmək məqsədilə tətbiq etdiyi vurğulanır.