BMT Təhlükəsizlik Şurası Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna hücumları tənqid edib.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının üzvləri bildiriblər ki, İran və Səudiyyə Ərəbistanı regionda gərginliyin azaldılması üçün öz aralarında dialoq təşəbbüsünü dəstəkləməlidirlər. Bununla yanaşı, bəyanatda iki dövlət arasında münasibətlərin gərginləşməsinə səbəb olan şiə din xadimi Nimr əl Nimrin edamı ilə bağlı heç bir qeyd yoxdur.