Rusiyada səfərdə olan Ermənistanın müdafiə naziri Seyran Ohanyan Beynəlxalq Təhlükəsizlik üzrə 5-ci Konfrans çərçivəsində İran İslam Respublikasının müdafiə naziri general-mayor Hüseyn Dehqani ilə görüşüb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə tərəflər Dağlıq Qarabağda gərginliyin artmasından “narahat olduqlarını” vurğulayıblar.
Qeyd olunub ki, aprel ayının əvvəlində təmas xəttində baş verən atışma bir daha probelmin müharibə yolu ilə həllinin mümkünsüzlüyünü ortaya qoyub.
Nazirlər iki ölkə arasında hərbi əməkdaşlığın mövcud vəziyyətini və perspektivini də müzakirə ediblər.