İran və Azərbaycan gömrük rəislərinin görüşü keçirilib.
Aktual.az apa-ya istinadən xəbər verir ki, bu gün İran İslam Respublikasının gömrük rəisi Əlirza Müqəddəsi və Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun Tehranda ikitərəfli görüşü keçirilib.
Görüşdə hər iki tərəf İran, Rusiya və Azərbaycan gömrük başçıları arasında tranzitin asanlaşdırılması sahəsində üçtərəfli anlaşma memorandumunun imzalanmasını çox vacib adlandırıb və bu anlaşma memorandumu İran yük maşınlarının və məhsullarının gecikməməsini təmin edəcəyini qeyd ediblər.
Xəbər 374 dəfə oxunub.