Kanada Ukraynada seçki islahatlarının aparılmasına 7,1 milyon Kanada dolları (5,5 ABŞ dolları) ayıracaq.
Bu barədə Ukraynanın Kanadadakı səfirliyi açıqlama yayıb.
“Kanada hökuməti Ukrayna xalqının demokratik və firavan gələcəyinə yönələn növbəti təşəbbüsünü bu gün bəyan edib”, sənəddə vurğulanır.
Belə ki, Ukraynada seçki islahatlarının aparılması üçün ATƏT-ə 1,2 milyon, İFES-ə (Beynəlxalq Seçki Sistemləri Fondu) 3 milyon, Milli Demokratiya İnstitutuna isə - 2,9 milyon Kanada dolları məbləğində vəsait ayrılacaq.(APA)