İranın zənginləşdirilmiş uran ehtiyatlarının əsas hissəsi Natanz, Fordo və İsfahanda saxlanılır.
Aktual.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi deyib.
"İran zənginləşdirilmiş uran ehtiyatlarının əsas hissəsini MAQATE müfəttişlərinin girişinə icazə verilməyən məlum nüvə obyektlərində saxlayır. İranın uranın zənginləşdirilməsi səviyyəsi artırılsa bu, bir neçə nüvə silahı yaratmaq üçün kifayət edəcək. İran hökumətinin nüvə silahı əldə etmə ehtimalı ilə bağlı narahatlıqlar tamamilə həll olunmayıb", - Qrossi qeyd edib.
Xəbər 61 dəfə oxunub.