İran son iki gün ərzində Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Qətərə yüzlərlə raket və dron buraxıb.
Aktual.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, BƏƏ-yə 208 dron və 137 raket, Bəhreynə 9 dron və 45 raket, Qətərə isə 22 dron və 44 raket atılıb.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.
İran ABŞ-ın regiondakı hərbi obyektlərinə və İsrailə cavab zərbələri endirir.
Xəbər 47 dəfə oxunub.