İran türklərə qarşı iclas keçirdi: "Kürdüstan xəritəsi" ilə...

İran türklərə qarşı iclas keçirdi:

İraqda kürdlərinin yaşadığı bölgədən 4, İrandan isə 2 kürd vilayətinin başçıları İran daxili işlər naziri Əhməd Vəhidinin iştirakı ilə Qərbi Azərbaycanın mərkəzi Urmu şəhərində toplantı keçirdilər. Bu görüşün İranın kürd vilayətlərində deyil, məhz Azərbaycan şəhəri olan Urmiyada təşkili milli fəallar tərəfindən narahatlıqla qarşılandı.
Bu sözləri güneyli siyasi şərhçi Rza Bəylər deyib.
İclasda diqqət çəkən mühüm məqamlara toxunan siyasi şərhçi xırda detalların milli fəalların gözündən yayınmadığını bildirib:
"İraqın Ərbil vilayətinin başçısı paylaşımında Qərbi Azərbaycanı Urmiya adlandırdı. O, daxili işlər nazirinin qatıldığı toplantıda sinəsinə taxdığı döş nişanında Kürdüstan xəritəsini nümayiş etdirirdi. Daxili İşlər Nazirliyinin saytı isə bu barədə heç nə yazmadı. Məsələyə hər hansı bir izah və açıqlama da gəlmədi. Bu bir nümayişdir. İran bu oyunu türk dünyası, özəlliklə, Güney azərbaycanlılara qarşı oynayır”.
Siyasi şərhçi görüşün siyasi mesaj verdiyini bildirib:
"Bu toplantı Avropada keçirdiyimiz iki böyük yürüşə, daxildə artan milli fəalliyətlərə rejimin cavabı və antitürk baxışı idi. Bizə göstərdi ki, fars-şovinist rejimi kürdlərlə əlbir ola bilər. Bundan öncə İran kürd müxalif qüvvələri Tehran rejimi ilə müzakirə apardığını, gizli toplantıları olduğunu elan etmişdi. Bundan aydın olur ki, panfarsist təfəkkürlü rejim daxildə türkləri, xüsusilə azərbaycanlıları özünə düşmən görür”.
O, fars rejiminin türklərlə açıq şəkildə mübarizə apardığını vurğulayıb:
"Rejim çəkinmədən və açıq şəkildə öz düşmənçiliyini nümayiş etdirir. Necə ki, 11 vətəndaşımızı "İsrail casusu” ittihamı ilə Urmiyada tutdular. Milli fəallarımızı gözaltına alıblar, saxlanılandan 7 nəfərə sürgün hökmü çıxarıblar. Bu faktları təhlil edəndə belə nəticəyə gəlmək olur ki, növbəti günlər çox çətin keçəcək. Ümid edirik ki, milli fəallarımızın fəaliyyəti və təpkisi rejimin qulağına çatdırılacaq”.(axar.az)
Xəbər 203 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR