İran Sumqayıtda dərman zavodu açır

İran Sumqayıtda dərman zavodu açır

Gələn həftə İran nümayəndə heyəti Sumqayıtda dərman zavodunun tikintisi ilə bağlı Azərbaycana səfər edəcək.


Aktual.az azvision.az-a istinadən bildirir ki, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, zavod Sumqayıt Kimya parkında tikiləcək:

"Dərman istehsalını üç mərhələyə bölmək olar. İlkin mərhələdə ehtiyac duyulan dərmanlar, daha sonra dərman istehsalı texnologiyası Azərbaycana gətiriləcək. Üçüncü məhələdə isə həmin dərmanlar 100 faiz Azərbaycanda istehsal olunacaq. Birinci və üçüncü mərhələnin arası təxminən üç il çəkəcək".

İran səfiri, həmçinin İran vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi məsələsinə də toxunub: "İki ölkə arasında viza məsələsi ölkə prezidentləri arasında baş tutan görüş zamanı müzakirə olunub. Prezidentlər turzimin inkişafı üçün bu məsələnin həll olunmasının vacibliyini vurğulayıb. Düşünürəm ki, 2016-cı ilin sonunda biz bu sahədə müsbət dəyişikliklərin şahidi olacağıq və sərhədlərdə, gömrük məntəqələrində lazımı texnologiyalar quraşdırılacaq və viza problemi öz həllini tapacaq".

Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR