İran səfiri Yəməndə ölümdən qaçdı

İran səfiri Yəməndə ölümdən qaçdı
  • DÜNYA

Yəməndə qarşıdurmaların səbəbkarı olan Ənsərullah hərəkatı (Husilər) paytaxt Sənada yerləşən İran səfirliyinin binasından idarə edilir.

Aktual.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Yəmən Xarici İşlər naziri Riyad Yasin deyib.

O, iranlı diplomatların Husilərə maliyyə, siyasi və kəşfiyyat dəstəyi verdiyini bildirib.

XİN rəhbərinin bu açıqlamasından sonra isə Yəmənin mətbuat orqanları İran səfirliyi ilə bağlı maraqlı məlumat yayıb. Məlumata görə, səfir Seyyid Həsən Nam baş verə biləcək hava hücumu təhlükəsinə görə qəflətən Sənadan qaçıb. 

Xəbər 466 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR