İran raketlərinin mənzilinin ABŞ-a dəxli yoxdur - Xamenei

İran raketlərinin mənzilinin ABŞ-a dəxli yoxdur - Xamenei
  • DÜNYA

Millət üçün çəkindirici silahlara sahib olmaq vacibdir və məcburidir. Müdafiə silahları olmayan hər hansı bir ölkə düşmənlərinin ayaqları altında əziləcək.
Aktual.az xəbər verir ki, bunu İran rəhbəri Əli Xamenei deyib.
"Amerikalılar silah məsələsinə müdaxilə edərək deyirlər ki, filan tipli və ya mənzilli raketlərə sahib olmamalısınız. Halbuki bu məsələ İran milləti ilə bağlıdır və onlarla heç bir əlaqəsi yoxdur”, - Xamenei bildirib.
Qeyd edək ki, İrana qarşı tələblərdən biri də raketlərin mənzilinin İrailə çatmayan səviyyədə azaldılmasıdır.
Xəbər 53 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR